Cakarta 2035ci ildə əhalisinə görə dünyanın ən böyük şəhəri olacaq


Dünya 30 Yan 2019 08:42:00 217 0

Cakarta 2035ci ildə əhalisinə görə dünyanın ən böyük şəhəri olacaq

İndoneziyanın paytaxtı Cakarta şəhəri 2035-ci ildə əhalisinə görə dünyanın ən böyük şəhəri olacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Oxford Economics" elmi-tədqiqat institutunun proqnozunda bildirilir.

Araşdırmaya əsasən, 16 ildən sonra Cakartanın əhalisi 38 milyon nəfərə çatacaq. İkinci yerdə Tokio şəhəridir, 2035-ci ildə şəhərin əhalisinin 37,8 milyon nəfər olacağı proqnozlaşdırılır, üçüncü isə 32,2 milyon nəfərlə Çinin mərkəzində yerləşən Çuntsin şəhəridir.