Bəhreyndə dünyada ən böyük sualtı park inşa olunacaq


Digərləri 30 Yan 2019 08:38:00 287 0

Bəhreyndə dünyada ən böyük sualtı park inşa olunacaq

Bəhreynin hakimiyyət orqanları bu ilin yayına kimi sahəsi 100 min kvadratmetr olan dünyada ən böyük sualtı tematik park inşa etmək niyyətindədirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bəhreyn Turizm İdarəsinin, Ətraf Mühitin Mühafizəsi üzrə Ali Şuranın və özəl sektorun birgə layihəsi olan sualtı park ilk növbədə unikal ekoturizm obyekti kimi yaradılacaq. Parkın tikintisinə ən yaxın vaxtlarda başlanacaq. İnşaat işləri ətraf mühitə heç bir ziyan vurulmadan aparılacaq.

Bəhreyn Kralı, Ətraf Mühitin Mühafizəsi üzrə Ali Şuranın prezidenti Həməd bin İsa Al Xəlifənin şəxsi nümayəndəsi Şeyx Abdulla bin Həməd Al Xəlifə bildirib ki, ən yüksək beynəlxalq ekoloji standartları rəhbər tutan Krallıq dəniz mühitini toxunulmaz şəkildə qoruyub saxlamağa çalışır. O deyib: "Biz Bəhreyni ekoturizm və dəniz faunasının mühafizəsi sahəsində dünya liderinə çevirməyi planlaşdırırıq".