Azərbaycanın uğurlu inkişaf modelinin sirri Aparılan siyasət xalq tərəfindən dəstəklənir


Digərləri 30 Yan 2019 07:00:00 219 0

Azərbaycanın uğurlu inkişaf modelinin sirri  Aparılan siyasət xalq tərəfindən dəstəklənir

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin güclənməsinə, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, ümumilikdə bölgələrin hərtərəfli inkişafı sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub. Azərbaycanın uğurlu inkişaf modelinin əsas sirri ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir".

Bu barədə Son.az-a açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, son bir ildə Azərbaycanda iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, sahibkarlığın inkişafının dəstəklənməsi, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət, idman, informasiya-kommunikasiya texnologiyaları, sosial inkişaf, turizm və digər sahələrdə mühüm uğurlar əldə edilib: