"Mitsubishi" 5 minə yaxın avtomobili geri çağırıb


Dünya 29 Yan 2019 22:44:00 214 0

"Mitsubishi" 5 minə yaxın avtomobili geri çağırıb

"Mitsubishi" şirkəti Rusiyada 4,95 min avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu qərar avtomobillərin akkumulyator naqilinin qızması ilə bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2018-ci ilin martından avqustunadək satılmış "Outlander" modellərinə şamil olunur.