Bu şəxslərə pulsuz mənzillər veriləcək


Digərləri 29 Yan 2019 22:37:00 203 0

Bu şəxslərə pulsuz mənzillər veriləcək

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri prezident İlham Əliyevin daim diqqət və qayğısı ilə əhatə olunurlar. Dövlət başçısının ötən gün imzaladığı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair sərəncamı bunu bir daha təsdiq edir. Bu məqsədlə daha 35 milyon manat vəsait ayrılıb ki, bu da ən azı 850 ailənin mənzillə təmin olunması deməkdir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu il daha 850 Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin olunacaqlar. Qeyd edək təkcə ötən il 625 müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunmuşdu ki bu da illər üzrə rekor göstərici idi.

Dövlət başçısının sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına 35 milyon manat ayrılıb.