Azərbaycan nefti ucuzlaşıb


Digərləri 29 Yan 2019 22:28:00 210 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 28-də 61,48 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,75 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,88 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 57,78 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,85 dollar/barel azdır.