Britaniya kral ailəsinin üzvləri maşını özləri sürməyi niyə sevir?


Digərləri 29 Yan 2019 21:47:00 258 0

Britaniya kral ailəsinin üzvləri maşını özləri sürməyi niyə sevir?

Yanvarın ortalarında yoldan magistral yola çıxarkən Land Rover markalı avtomobil KIA markalı yüngül avtomobillə toqquşub. Sərnişinlər və sürücülər bu hadisədən kiçik zədələr və yüngülvari qorxu yaşamaqla çıxıblar.

Land Rover-in sükanının arxasında Britaniya kraliçasının həyat yoldaşı, Edinburgh şahzadəsi Philip olub.

Hadisənin digər maraqlı cəhəti şahzadə Philip-in 97 yaşında olmasıdır, bu yaşda isə əksəriyyət sükan arxasına oturmur.

Görəsən, Edinburgh şahzadəsi avtomobili niyə özü sürürdü?

İş ondadır ki, Windsor-lar ailəsinin ən görkəmli üzvləri üçün maşın sürmək normal həyata işarə mənası daşıyır

Hansı hersoq sürətlə sürməyi istəməz?

Kral ailəsinə yaxın olanlara inansaq, şahzadə Philip sürətlə maşın sürməyi həmişə xoşlayıb.

Şahzadə Philip maşın sürməyi sevir. İki il əvvəl o, Barack və Michelle Obamaları və kraliçanı Windsor parkı ərazisində avtomobildə özü gəzdirib.

Şahzadənin dostu və bioqrafı Giles Brendrett BBC-yə danışıb ki, şahzadə Philip yaxşı sürməyi bacarır, lakin bunu çox böyük sürətlə edir.

Bir dəfə Philipin əmisi, lord Mountbathen kraliça ilə şahzadənin sürdüyü maşına oturublar.

Philip maşını elə sürətlə sürürdü ki, kraliça dəhşətdən qışqırırdı.

Şahzadə Philip maşın sürməyi sevir, amma çox böyük sürətlə sürür.

Arvadının növbəti qışqırığından sonra Philip kraliçaya deyib ki, "Bir də qışqırsan, maşından düşürəcəyəm".

Bundan sonra kraliça bir daha qışqırmayıb. Yüksək sürətlə keçən avtomobil səyahəti başa çatandan sonra Mountbathen kraliçadan soruşub: "Ona niyə yavaş sürməyi əmr etmədin. Axı sən kraliçasan?"

II Elizabeth-in buna cavabı belı olub: "Eşitmədin, nə dedi?"

Bu əhvalatı lord Mountbathen qızına, o isə, öz növbəsində, Giles Brendrett-ə danışır.

Son dəfə?

Görünür, şahzadə Philip maşın sürməyi dayandırmalı olacaq.

Ola bilsin ki, baş vermiş qəzadan sonra Philip nəhayət anlayacaq ki, təkbaşına maşın sürməyi tərgitmək vaxtı artıq çatıb.

Giles Brendrett hesab edir ki, bu, şahzadə üçün ağır qərar olacaq, lakin o praqmatik şəxs olduğundan bunu başa düşəcək.

Və çox güman ki, bunu ona arvadı, sığorta şirkətləri və Norfolk qraflığının polisi məsləhət görəcəklər.

Sürücülük vəsiqəsi olmayan sürücü

Kraliça II Elizabeth Birləşmiş Krallığın yeganə vətəndaşıdır ki, avtomobilini sürücü vəsiqəsi olmadan sürə bilər.

Kraliça maşın sürməyi İkinci Dünya Müharibəsi illərində öyrənib.

Maşın sürməyi o hələ İkinci Dünya Müharibəsi illərində Qadın köməkçi ərazi korpusunda xidmət etdiyi vaxt öyrənib.