Nazirlikdən qızılca xəstəliyinin yayılması ilə bağlı


Digərləri 29 Yan 2019 20:27:00 217 0

Nazirlikdən qızılca xəstəliyinin yayılması ilə bağlı

Azərbaycan Respublikasında aparılmış geniş profilaktik tədbirlər nəticəsində 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmayıb.

Son.az bildirir ki, bu barədə oxu.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2018-ci ildə Avropanın əksər ölkələrində, o cümlədən, Azərbaycanla həmsərhəd olan Gürcüstanda qızılca xəstəliyinin alovlanması baş verib. Ölkəmizdə də gətirilmə hadisələri ilə epidemioloji əlaqəli olan xəstəlik halları 2018-ci ilin sonundan başlayaraq qeydə alınıb.  

Xəstəlik halları, əsasən, 20-40 yaşlı vaxtilə peyvənd olunmamış əhali arasında baş verib.