Piyadaları vuraraq hadisə yerindən qaçan sürücülər saxlanılıb


Digərləri 29 Yan 2019 19:15:00 215 0

Piyadaları vuraraq hadisə yerindən qaçan sürücülər saxlanılıb

Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Bakı. Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 26-da Bakı şəhər sakini S.Şeşbekovanın xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə məlumat daxil olub. Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla qadının Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsində yolu keçərkən avtomobillə vurulması müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə yol qəzasının “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib. Həmin nəqliyyat vasitəsini idarə edən və hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini E.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.