“Türk Hava Yolları” uçuş coğrafiyasını genişləndirir


Digərləri 29 Yan 2019 17:43:00 184 0

“Türk Hava Yolları” uçuş coğrafiyasını genişləndirir

“Türk Hava Yolları” aviaşirkəti bu ilin avqustun 21-dən etibarən İstanbul-Mexiko-Kankun (Meksika) marşrutu üzrə yeni reys açacaq.

Bakı. Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviaşirkəti bu ilin avqustun 21-dən etibarən İstanbul-Mexiko-Kankun (Meksika) marşrutu üzrə yeni reys açacaq. “Türk Hava Yolları”ndan Trend-ə verilən məlumata görə, TK181 saylı aviareys üzrə uçuşlar aviaşirkətin yeni “Boeing 787-9” təyyarəsi ilə həftədə 3 dəfə yerinə yetiriləcək. İstanbul-Mexiko marşrutu və əks istiqamət üzrə uçuşlar dünyanın ən böyük hava limanı sayılan İstanbulun yeni aeroportundan həyata keçiriləcək. Sözügedən aeroport gələcəkdə 200 milyonadək sərnişin qəbul etməyə imkan verəcək.