Bakıda bu mənzilləri alanlar enerji xərclərini 70%ə qədər azalda bilərlər


Digərləri 29 Yan 2019 17:25:00 215 0

Bakıda bu mənzilləri alanlar enerji xərclərini 70%ə qədər azalda bilərlər

Düzgün mənzil seçiminin enerji xərclərini 70%-ə qədər azalda biləcəyini bilirdinizmi? Təbii ki, bu mümkündür. Bunun üçün mənzil alarkən onun qiymətinə, yerləşmə yerinə, təmirə, sənədləşmə işlərinə və digər əsas bildiyiniz məsələlərlə yanaşı, seçdiyiniz binanın fasadına önəm verməlisiniz. Daha dəqiq desək, tikinti şirkətinin fasadda hansı materialdan istifadə etməsi çox vacibdir. 

İstər sovet dövründə tikilən binalarda, istərsə də hazırda tikinti şirkətləri bu məsələyə o qədər də diqqət yetirməyiblər. Bəzi hallarda binalar üzlənsə də istifadə edilən materiallara diqqət yetirilməməsi mənzillərdə qaralma və nəmişliyə səbəb olur. Eyni zamanda izolyasiyanın olmaması evlərin qızıdırılmasını daha da çətinləşdirir, vətəndaşların kommunal xərclərini xeyli artırmış olur. Halbuki fasad üçün düzgün materialın seçilməsi mənzilləri isti və soyuğa qarşı izolyasiya edir, divarların nəfəs almasına şərait yaradır və nəmişlik, qaralma hallarını aradan qaldıra bilir. Söhbət bu xüsusiyyətləri özündə cəm edən və müasir tikinti sənayesində geniş  istifadə edilən daş yunundan gedir.

Daş yunu nədir?

Daş yunu materialı Bazalt qrupuna daxil olan vulkanik mənşəli daşların 1500 - 1800 dərəcədə xüsusi sobalarda əridilərək plazma halına salınmaqla istehsal olunur. Plazma şəkilli daş xüsusi 3 dəlikli qurğudan keçir və soyuması nəticəsində pambıq şəkilli hala düşür. Sonradan isə bu material xüsusi presslər vasitəsi ilə sıxılaraq ehtiyyac olan sıxlıqlar alınır.

Qeyd edək ki, Azərbaycana əsasən Rusiyanın Ryazan şəhərində istehsal olunan daş yunu TexnoFas materialı gətirilir. Texnofasın digər fasad materiallarından fərqi ondan ibarətdir ki, məhsul xüsusi olaraq nazik qatlı dekorativ suvaq sistemi ilə inşa olunan fasadlarda istifadə olunması üçün istehsal olunur. Təbii daşların əridilməsi sayəsində əmələ gəldiyi üçün həm ekoloji cəhətdən təmizdir, həm də heç bir halda yanmır. Bu cür sistemlə qurulmuş fasad ən azı 25 il təmirsiz olaraq xidmət göstərə bilir.


Xəbərə aid fotolar