Bakıda torpaq almaq üçün əlverişli şərait yaranıb


Digərləri 29 Yan 2019 16:34:00 251 0

Bakıda torpaq almaq üçün əlverişli şərait yaranıb

2018-ci ilin dekabr ayında Bakıda torpaq bazarında ucuzlaşma müşahidə olunub.

Son.az bildirir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

N.İbrahimovun sözlərinə görə, dekabr ayında qiymətlər 2,12 faiz ucuzlaşıb. Lakin ekspert bildirib ki, ümumilikdə il ərzində qiymətlərə nəzər yetirdikdə 2018-ci ildə torpaq 5,88 faiz bahalaşıb.

Ekspert torpaq bazarında son aylar müşahidə edilən ucuzlaşmanı mövsümi hesab edir.