Nazir: Beş il ərzində regionların inkişafına 24 milyard manatdan çox vəsait ayrılıb


Digərləri 29 Yan 2019 13:29:00 213 0

Nazir: Beş il ərzində regionların inkişafına 24 milyard manatdan çox vəsait ayrılıb

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 24,2 milyard manat vəsait sərf olunub.

Bakı. Sara İsrafilbəyova - “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 24,2 milyard manat vəsait sərf olunub. Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 29-da Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində sahibkarlarla aparılan müzakirələr zamanı deyib.