Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına bilet satışının vaxtı açıqlandı


Digərləri 29 Yan 2019 13:12:00 193 0

Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına bilet satışının vaxtı açıqlandı

Futbol üzrə Avropa çempionatının final mərhələsinə 500 gün qaldı.

Bakı. Futbol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçiriləcək oyunlarına bilet satışının vaxtı açıqlanıb. Trend-in AFFA-ya istinadən məlumatına görə, final mərhələsinə 500 gün qalıb. Avropa çempionatının 60-cı ildönümünü qeyd etmək üçün turnirin bir və ya iki ölkədə keçirilməsi deyil, bütün qitəni əhatə etməklə genişləndirilməsi məqsədilə 2012-ci ildə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. O zaman UEFA-nın baş katibi vəzifəsində çalışan hazırkı FIFA prezidenti Canni İnfantino bu qərarı belə şərh etmişdi: “Bir ölkədə bir bayram əvəzinə, 2020-ci ilin yayında biz bütün Avropada bayram edəcəyik”. 2020-ci ildə Avropa çempionatı 12 müxtəlif ölkənin 12 müxtəlif şəhərindəki 12 müxtəlif stadionda keçiriləcək. Bu 12 məkanın hər birində ən azı 3 qrup mərhələsi oyunu və 1 play-off mərhələsi oyunu təşkil olunacaq. Avro 2020-nin final oyununu Londondakı Uembli Stadionu qəbul edəcək.