Ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə yeni mənzillər verildi FOTO


Digərləri 29 Yan 2019 12:11:00 292 0

Ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə yeni mənzillər verildi  FOTO

Azərbaycan Respublikası Prezidentinin təsdiqlədiyi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əsasən, Bakı şəhərinin Qaradağ rayonunun Ümid qəsəbəsində ikinci mərhələ üzrə inşa edilimiş 300 ailəlik yeni yaşayış binaları artıq ilk sakinlərini qəbul edib.

Son.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, burada, ilk növbədə, həyat üçün təhlükəli şəraitdə, ağır vəziyyətdə yaşayan məcburi köçkünlər köçürülüb. Belə ki, Qaradağ rayonunun Puta qəsəbəsində 11 saylı yataqxanada, 59 saylı hamamın binasında, 1 saylı mədən evində, Sahil qəsəbəsindəki ATS binasında, hərbi şəhərcikdəki tikililərdə, Qobustan rayonundakı keşmiş avtobazanın inzabati binasında və qarajında, 8 saylı yol-istismar idarəsinin nzibati binasında və Ələt qəsəbəsindəki hərbi şəhərcikdə müvəqqəti məskunlaşmış 188 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub. Ümid qəsəbəsinə köçürülənlər, əsasən, Laçın, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və Şuşadan olan məcburi köçkünlərdir. Yeni mənzillərə köçürülmə davam edir.


Xəbərə aid fotolar