Çaylarda suyun səviyyəsi yenə dəyişdi


Digərləri 29 Yan 2019 08:08:00 189 0

Çaylarda suyun səviyyəsi yenə dəyişdi

Respublikanın çaylarında bəzi məntəqələrdə suyun səviyyəsində artım, bəzi yerlərdə isə azalma müşahidə olunub.

Son.az Trend-ə istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-160, Kiçik Qafqazın çaylarında 40-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-80 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, yanvarın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 100 kub/s olmaqla ongünlük normanın 64 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 182 kub/s olmaqla ongünlük normanın 116 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 53,0 kub/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 69 kub/s təşkil edərək ongünlük normanın 103 faizinə bərabər olub.