İndoneziyada ilin əvvəlindən Denge qızdırmasından 100 nəfərdən çox ölən var


Dünya 28 Yan 2019 22:29:00 256 0

İndoneziyada ilin əvvəlindən Denge qızdırmasından 100 nəfərdən çox ölən var

İndoneziyada ilin əvvəlindən Denge qızdırmasından 100 nəfərdən çox ölən var.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "The Jakarta Post" qəzetinin yaydığı məlumata görə, ölüm hallarının çoxu əhalinin sıx yaşadığı Şərqi Yava əyalətində baş verib.

Səhiyyə Nazirliyinin yaydığı məlumatında qeyd edilir ki, yanvarda bu xəstəliyə yoluxma ilə 9,6 mindən çox hal qeydə alınıb. Bildirilir ki, ölkənin bir çox rayonlarında davam edən güclü yağışlar səbəbindən Denge qızdırmasının əsas daşıyıcısı olan "Aedes aegypti" adlı ağcaqanad növünün sayı da sürətlə artır. Proqnozlara görə, əlverişsiz epidemioloji vəziyyət hələ təqribən iki ay davam edəcək.