Yaponiyada 2020ci ilin iyulunda "Şinkansen" qatarlarının yeni modelinin xəttə buraxılması planlaşdırılır


Dünya 28 Yan 2019 22:33:00 248 0

Yaponiyada 2020ci ilin iyulunda "Şinkansen" qatarlarının yeni modelinin xəttə buraxılması planlaşdırılır

Yaponiya dəmir yollarının operatoru "JR Tokai" şirkəti bəyan edib ki, gələn il iyulun əvvəllərində, "Tokio-2020" Olimpiya və Paralimpiya oyunları ərəfəsində "Şinkansen" ekspress qatarlarının yeni modelinin istismara verilməsi nəzərdə tutulur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "N700S" adlandırılan yeni modelin sınaqlarına ötən il başlanıb.

Yeni ekspresin korpusu hazırda istifadə edilən "Şinkansen"lərin müasirləşdirilmiş variantıdır və onun havaya qarşı müqaviməti aşağı salınıb.