Şəhid anası: "Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayğını öz üzərimizdə hiss edir və bundan qürur hissi keçiririk"


Digərləri 28 Yan 2019 22:40:00 241 0

Şəhid anası: "Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayğını öz üzərimizdə hiss edir və bundan qürur hissi keçiririk"

Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayğını öz üzərimizdə hiss edir və bundan qürur hissi keçiririk.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Sarayında şəhid ailələri ilə görüşündə çıxış edən şəhid anası İbadət Əliyeva deyib.

O qeyd edib: "Hörmətli cənab Prezident. İlk növbədə, biz şəhid ailələri Sizinlə bu mötəbər görüşümüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu, bir daha sübut edir ki, biz şəhid ailələri Sizin daimi diqqətinizdəyik. Bizim dövlətimiz gündən-günə inkişaf edir, Vətənimiz, dövlətimiz möhkəmlənir, qüdrətlənir. Biz şəhid ailələri bunu gördükcə böyük qürur hissi keçiririk. Sizin rəhbərliyinizlə Ordumuzun Aprel döyüşlərindəki qələbəsi mənə o qədər qürur verib ki, hətta özüm əlimə silah alıb bu döyüşlərə getmək istəyirdim. Hər dəfə Cocuq Mərcanlının inkişafını, qısa müddətdə bu qəsəbənin belə müasir tipli olmağını görəndə mən qürur hissi keçirirəm, çox sevinirəm. İnanıram ki, tezliklə torpaqlarımız alınandan sonra bütün bölgələrimiz, bütün şəhərlərimiz bu cür inkişaf edəcək, bu cür çiçəklənəcək.

Eyni zamanda, biz şəhid ailələrinə Sizin daim diqqətinizi və qayğınızı görürük. Biz Sizə, birinci xanım, Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Sizin şəhid ailələrinə göstərdiyiniz qayğını biz öz üzərimizdə hiss edir və bundan qürur hissi keçiririk. Şəhid ailələrinə bu diqqət və qayğınıza, bizim sosial təminatımızla, yaxşı yaşamağımızla bağlı gördüyünüz bütün işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Bu tədbirlər ildən-ilə genişlənir, çoxalır və biz bunları gördükcə sevinirik, Sizlərdən çox razıyıq".