Ötən il baş vermiş təyyarə qəzasının mümkün səbəbləri məlum olub


Dünya 28 Yan 2019 21:54:00 200 0

Ötən il baş vermiş təyyarə qəzasının mümkün səbəbləri məlum olub

"US-Bangla" aviakompaniyasına məxsus təyyarənin 2018-ci il martın 12-də Katmandu aeroportuna eniş zamanı qəzaya uğramasını araşdıran komissiya faciəyə çox böyük ehtimalla ikinci pilotun ərazini yaxşı tanımamasının səbəb olduğu qənaətinə gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məruzədə həmçinin uçuş zamanı təyyarənin komandirinin qadağaya baxmayaraq kabinədə dəfələrlə siqaret çəkdiyi göstərilir. Bununla yanaşı, aviakompaniya pilotun narkotik vasitələrin təsiri altında olması versiyasını istisna edib.

Xatırladaq ki, Dəkkə-Katmandu marşrutu üzrə BS-211 reysini həyata keçirən Benqalın "US-Bangla" aviakompaniyasına məxsus təyyarə Nepalın paytaxtına eniş zamanı uçuş-eniş zolağına deyil, aeroportun şərqində yerləşən stadiona düşmüşdü. Qəzadan sonra təyyarədə yanğın baş vermiş, onun göyərtəsindəki 71 nəfərdən 51-i həlak olmuşdu.