Uşaq bezlərində təhlükə aşkarlandı


Digərləri 28 Yan 2019 21:57:00 206 0

Uşaq bezlərində təhlükə aşkarlandı

Fransanın Sanitar Təhlükəsizlik Agentliyi (ANSES) təkistifadəlik uşaq bezləri ilə bağlı apardığı araşdırmanın nəticələrini dərc edib. Nəticələrin ictimailəşməsi dünyanın dörd bucağından olan anaların ciddi narahatlığına səbəb olub.

Son.az-ın news24.az-a istinadən məlumatına əsasən, adi uşaq bezlərində körpələrin sağlamlığı üçün potensial təhlükə daşıyan toksik maddələr, o cümlədən, onkoloji xəstəliklərə yol aça bilən kanserogenlər aşkarlanıb.

Bezlərdə alimlər qlifosat - insektisidlərdə tətbiq olunan kimyəvi maddə tapıb. Məhz qlifosat qeyri-Hockin limfomasına və hətta DNT-nin zədələnməsinə səbəb ola bilər.

Fransız bezlərində tapılmış təhlükəli substansiyalar arasında bəzi kosmetik məhsulların hazırlanmasında tətbiq olunan butilfenil metilpropional, həmçinin, aromatik hidrokarbonlar yer alır.