Amerikalıların əksəriyyəti ölkədəki mövcud vəziyyətdən narazıdır


Dünya 28 Yan 2019 21:50:00 256 0

Amerikalıların əksəriyyəti ölkədəki mövcud vəziyyətdən narazıdır

ABŞ vətəndaşlarının 63 faizi ölkədə yaranan hazırkı vəziyyətdən razı deyil və onun yalnış istiqamətdə getdiyi qənaətindədir. Onlar öz fikirlərini "fəlakət", "pisləşmə", "ağır zamanlar" kimi sözlərlə ifadə ediblər. Bu barədə məlumat "The Wall Street Journal" qəzeti ilə NBC telekanalının birgə apardıqları sosioloji sorğunun nəticələrində öz əksini tapıb. Bir ay öncə aparılan sorğu zamanı isə analoji göstərici 56 faiz təşkil etmişdi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dekabr sorğusu ilə müqayisədə Donald Trampın şəxsi reytinqi dəyişməz qalıb: amerikalıların 43 faizi prezidenti dəstəkləyib, 54 faizi isə onun əleyhinə çıxıb. Bununla yanaşı, respondentlərin 50 faizi hökumətin işinin qismən dayandırılmasında prezidentin məsuliyyət daşıdığını, 37 faizi isə bunda Demokratlar partiyasının Konqresdəki nümayəndələrinin günahkar olduğunu hesab edir.