Rüşvətdə adı hallanan aparıcı Vüsalə sükutu pozdu:


Şou-biznes 28 Yan 2019 21:13:00 292 0

Rüşvətdə adı hallanan aparıcı Vüsalə sükutu pozdu:

Keçən il Türkiyənin "Sinemanın kral ve kraliçesi yarışması"nın Azərbaycan seçimlərində iştirakçılardan pul almaqda ittiham olunan aparıcı Vüsalə Səid nəhayət ki, sükutu pozub.

Son.az Publika-ya istinadən xəbər verir ki, tanınmış aparıcı qalmaqal barədə feysbukda məlumat verib:

"Fevral ayının 23-də Türkiyənin məşhur "Sinemanın kral ve kraliçesi yarışması"nın Azərbaycan seçimi keçiriləcək. Bu münasibətlə təşkil olunan mətbuat konfransında "Sinemanın kral ve kraliçesi" layihəsinin qanuni və tək təmsilçisi Vüsalə Səid Əyyubqızı layihə barədə ətraflı məlumat verəcək, o həm də Kütləvi İnformasiya Vasitələri və sosial şəbəkələrdə yayımlanmış əsassız ittihamlara münasibət bildirəcək, bu ləkələmə kampaniyasını təşkil edənlərin əsl məqsədlərini üzə çıxarmaq üçün sənədlər təqdim edəcək".