Şirkət ayaqqabının altında “Allah” sözü yazdı,


Digərləri 28 Yan 2019 20:17:00 305 0

Şirkət ayaqqabının altında “Allah” sözü yazdı,

"Nike" şirkətinin "Air Max" modeli müsəlmanların qəzəbinə tuş gəlib. Ayaqqabı firmasının onların dini hisslərini təhqir etdiyini düşünürlər.

Son.az xaricimedia.com-a istinadən xəbər verir ki, qalmaqal ictimai fəal Sayka Norinin açıqlamasından sonra yaranıb. O, idman ayaqqabısında "Allah" yazıldığını iddia edib və aləm bir-birinə dəyib. Norin şirkətin bunu bilərəkdən etdiyini deyir. Onun sözlərinə görə, "Allah" ifadəsi çox aydın oxunur və ayaqqabının altında yazılması birbaşa təhqir etmək məramından xəbər verir.

Norin artıq petisiya da yaradıb. Bu petisiyada həmin ayaqqabıların dünya bazarına çıxarılmasına etiraz olunur. İndiyə qədər petisiyaya təxminən 6 min adam qoşulub. Norin rəqəmin yüzminləri keçəcəyinə inanır.