Röya və Miri Yusifin konsert bileti 1200 manata satılır


Şou-biznes 28 Yan 2019 18:59:00 233 0

Röya və Miri Yusifin konsert bileti 1200 manata satılır

Əməkdar artistlər Röya Ayxan və Miri Yusif "Sevgililər günü"ndə hər kəsi sevindirməyə hazırlaşır. 

Son.az azxeber.com-a istinadən xəbər verir ki, onlar 14 fevral tarixində "Elektra Hall"da konsert proqramı ilə çıxış etməyə hazırlaşır.   "Boom Group"un ərsəyə gətirdiyi konsertdə müğənnilər sevilən hitlərini səsləndirəcək.   Konsertin biletləri isə kassalarda və onlayn satış platformalarında 35-1200 manat arası dəyişir. Qeyd edilir ki, 1200 manatlıq bilet VİP zona üçün nəzərdə tutulub.