"Sarı jiletlilər"lin liderini şikəst etdilər


Dünya 28 Yan 2019 17:47:00 212 0

"Sarı jiletlilər"lin liderini şikəst etdilər

Fransanı həftələrdən bəri lərzəyə salan "sarı jiletlilər" etiraz aksiyasının banilərindən və liderlərindən biri Jerom Rodriges Parisdəki aksiyada ağır yaralanıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Bastiliya səmtindəki qarşıdurmada polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

BFMTV-nin məlumatınea görə, aksiya zamanı 42 nəfər tutulub.

"Sarı jiletlilər"in lideri Erik Druenin "sağ əli" sayılan Jerom Rodrigesi polislər xüsusi amansızlıqla döyüblər. Onun sağ gözü görmə qabiliyyətini tam itirə bilər.