Fələstin hökuməti istefaya göndərildi


Dünya 28 Yan 2019 17:34:00 214 0

Fələstin hökuməti istefaya göndərildi

Fələstin dövlətinin başçısı Mahmud Abbas "texnokrat hökuməti" istefaya göndərib.

Son.az report-a istinadən xəbər verir ki, Rami Hamdallanın başçılıq etdiyi hökumətin yerinə dövlət başçısını dəstəkləyən yeni hökumət qurulacaq.

Bildirilib ki, yeni hökumətin qurulması ilə bağlı komissiya yaradılıb. Hamdalla kabineti yeni hökumət formalaşanadək səlahiyyətlərini icra edəcək. Fələstin rəhbərliyi vurğulayıb ki, Mahmud Abbasın qərarı Baş nazirə etimadın itməsi ilə deyil, siyasi şəraitin dəyişməsi ilə bağlıdır.