İlahiyyat İnstitutunda “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” mövzusunda dəyirmi masa keçiriləcək


Digərləri 28 Yan 2019 17:15:00 157 0

İlahiyyat İnstitutunda “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” mövzusunda dəyirmi masa keçiriləcək

Aİİ-də “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” mövzusunda "dəyirmi masa" keçiriləcək

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) fevralın 1-də “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” mövzusunda "dəyirmi masa" keçiriləcək. İnstitutdan Trend-ə verilən məlumata görə, diskussiya iştirakçıları milli-mənəvi dəyərlərimiz, dil, din, ailə, milli mənsubiyyət, müstəqillik, azərbaycançılıq ideologiyası və digər bu kimi önəmli anlayışlar haqqında məruzə ilə çıxış edəcəklər. “Dəyirmi masa”da milli-mənəvi irsimizin düzgün təbliği və bu sahədə gənclərin üzərinə düşən vəzifələrin müzakirəsi nəzərdə tutulur. Tədbirdə Aİİ-nin müəllimləri – ilahiyyat üzrə fəlsəfə doktoru Anar Qafarovun “Xəyallarımız, hədəflərimiz və dəyərlərimiz”; fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “Gənclər və milli-mənəvi dəyərlər” mövzusunda məruzələri və ali təhsil müəssisəsi magistrantlarının “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” mövzusu ətrafında çıxışları dinləniləcək.