Zərrabın borcları Ebruya baha başa gəldi


Digərləri 28 Yan 2019 16:24:00 199 0

Zərrabın borcları Ebruya baha başa gəldi

Müğənni Ebru Gündeşin evindəki əşyalar müsadirə olunacaq. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb sənətçinin həyat yoldaşı Rza Zərrabın borclarıdır.

Məlumata görə, Rzanın Büyükçekmecedə yerləşən 47 əmlakının toplamda 25 min lirə borcu var. Buna görə də o, Türkiyədə olmadığı üçün həyat yoldaşının evindəki əşyalar müsadirə olunacaq. Lakin müğənni özünün borcu olmadığını bildirib və əşyalarının götürülməsinə razı olmayıb.