Özü “07” sürür, evə “CİP”in cəriməsi gəldi


Digərləri 28 Yan 2019 15:34:00 307 0

Özü “07” sürür, evə “CİP”in cəriməsi gəldi

Naxçıvan sakini ona səhvən Bakıdan cərimə protokolu göndərildiyini iddia edib.

Son.az xəbər verir ki, qafqazinfo-ya müraciət edən Mirağa Seyidli bildirib ki, özü 99 NE 085 nömrəli "VAZ 2107" markalı avtomobil idarə edir.

M.Seyidli Bakıda işləyib yaşasa da, Naxçıvanın Ordubad şəhərində qeydiyyatdadır. Yanvarın 12-də onun yaşadığı ünvana poçt vasitəsilə cərimə protokolu göndərilib. Lakin məktub açılanda içində "CİP" çıxıb. 

M.Seyidliyə 10 RR 330 nömrəli "Jeep Wrangler" markalı avtomobilin Biləcəri qəsəbəsində radara düşdüyü qeyd olunan protokol göndərilib və orada maşının əsl sahibinin yox, onun ad-soyadı və ev ünvanı qeyd olunub. 


Xəbərə aid fotolar