“Bu gün kreslo sizdədir, sabah isə...”


Dünya 28 Yan 2019 14:39:00 218 0

“Bu gün kreslo sizdədir, sabah isə...”

Xəbər verdiyimiz ki, "Ermənistan qartalları - Vahid Ermənistan" partiyasının sədr müavini, "Haynews.am" saytının məsul şəxsi Mqer Yeqiazaryan saxlanıldığı "Nubaraşen" həbsxanasında keçirdiyi 44 günlük aclıq aksiyası nəticəsində ölüb.

Son.az azvision.az-a istinadən xəbər verir ki, bununla bağlı "The Washington Post" qəzeti "Erməni siyasi xadim aclıq aksiyasından sonra öldü" başlıqlı məqalə dərc edib.

"Ermənistanın kiçik siyasi partiyasının lideri təxminən 2 aya yaxın davam edən aclıq aksiyasından sonra həbsxanada ölüb". 

Qeyd olunub ki, səhər saat 06:15 radələrində 51 yaşlı Yeqiazaryanın vəziyyəti pisləşib. Təcili tibbi yardım əməkdaşlarının müdaxiləsinə baxmayaraq, 20 dəqiqədən sonra erməni siyasətçi dünyasını dəyişib. Ermənistan Ədliyyə nazirliyinin penitensiar xidməti onun ölümünü təsdiqləyib. Yeqiazaryanın ölüm faktı ilə əlaqədar ekspertiza təyin edilib, istintaq aparılır.