Aktyorlar ən yaxşıları seçdilər


Digərləri 28 Yan 2019 10:19:00 220 0

Aktyorlar ən yaxşıları seçdilər

ABŞ-ın Los-Anceles şəhərindəki "Shrine Auditorium"da 25-ci ənənəvi ABŞ Kinoaktyorlar Gildiyasının Mükafatlarının (Screen Actors Guild Awards, SAG) təqdimat mərasimi keçirilib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, "Ən yaxşı rol" nominasiyasında Qlenn Klouz və Rami Malek qalib gəliblər.

"Ən yaxşı film" mükafatını "Black Panther" alıb.

"The Star is Born" filmində baş rollarda oynamış Ledi Qaqa və Bredli Kuper müvafiq olaraq "Ən yaxşı aktrisa" və "Ən yaxşı aktyor" nominasiyalarında favorit sayılsalar da, mükafatsız qalıblar.

SAG mükafatını alanlar əksər hallarda "Oscar"a da layiq görürürlər. Çünki SAG-ın münsiflər heyətinin üzvlərinin əksəriyyəti "Oscar" laueratlarını müəyyənləşdirən kinoakademiklər arasındadır.

SAG (Screen Actors Guild) ABŞ-da çalışan 120 mindən artıq aktyor və aktrisanı birləşdirir. 1995-ci ildən bəri təqdim olunan SAG mükafatı əlində maska tutmuş aktyorun bürünc heykəlciyidir.

Builki SAG-ın əsas nominasiyalarını və qaliblərini təqdim edirik: