Saakaşvili sirrləri açdı:


Dünya 28 Yan 2019 09:22:00 263 0

Saakaşvili sirrləri açdı:

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bildirib ki, onun sərbəst hərəkətinə imkan verilsə, ölkəyə qayıtmaq və orada hakimiyyəti əvəz etmək istəyir.

Son.az report-a istinadən xəbər verir ki, bu haqda o, "Rustavi 2" telekanalının efirində bildirib.

"Hesab edirəm ki, Gürcüstanın aktiv hissəsi və müxalifət mənim ölkədə 72 saat sərbəst hərəkətimi təmin etməyə hazırdır, mən vətəndə olacağam. Bu, rəhbərliyin dinc yolla dəyişilməsi ssenarisidir",- deyə siyasətçi qeyd edib.

O, həmçinin Gürcüstan hakimiyyətini dəli ilə müqayisə edib. Sabiq prezident bildirib ki, hakimiyyəti "faciəsiz, zorakılıqsız və qurbanlarsız neytrallaşdırmaq" lazımdır.