Rafael Ağayev Fransada keçirilən “Karate1” Premyer Liqa turnirində medal qazanıb (FOTO)


Digərləri 28 Yan 2019 08:33:24 228 0

Rafael Ağayev Fransada keçirilən “Karate1” Premyer Liqa turnirində medal qazanıb (FOTO)

Fransanın paytaxtında Karate1 Premyer Liqasının "Paris Open" mərhələsində çənəsi və burnundan iki zədə alan milli komandanın lideri, turniri gümüş medalla başa vurub.

Bakı. Fransanın paytaxtında Karate1 Premyer Liqasının "Paris Open" mərhələsində çənəsi və burnundan iki zədə alan milli komandanın lideri, turniri gümüş medalla başa vurub. Bundan başqa R.Ağayev Dünya Karate Federasiyasının (WKF) ötən mövsümün ən yaxşı idmançıları üçün təsis etdiyi "Grand Winners"-in mükafatçılarından biri olub. Namizədlərə mükafatları Yaponiyanın Fransadakı səfiri Masato Kitera və WKF-in prezidenti Antonio Espinos, həmçinin təşkilatın baş katibi Toşixisa Naqura təqdim edib. Yarışda iştirak edən milli komandanın digər üzvlərindən Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Turqut Həsənov, Pənah Abdullayev (ikisi də -84 kq) və Nuranə Əliyeva (-50 kq) təsəlliverici görüşlərə qatılsa da, nəticədə medal qazanmaq şansını əldən veriblər.