CNN: Hillari Klinton prezident seçkilərində iştirak edəcəyini güman edir


Dünya 28 Yan 2019 08:26:00 242 0

CNN: Hillari Klinton prezident seçkilərində iştirak edəcəyini güman edir

ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə sabiq namizəd, keçmiş dövlət katibi Hillari Klinton qarşıdan gələn prezident seçkilərində iştirak etmək niyyətindədir.

Son.az report-a istinadən bildirir ki, keçmiş namizəd bununla bağlı fikirlərini ətrafındakı şəxslərə bildirib. Hillari Klinton qeyd edib ki, o, 2020-ci ildə keçiriləcək növbəti prezident seçkilərində iştirakına imkan olduğunu güman edir.

CNN müxbiri Ceff Zeleni adı açıqlanmayan üç müsahibə istinadən bildirib ki, Klintonun özü bu ideya üçün "qapıları bağlamadığı"nı deyib.