Tarixin gizli qatları İsa Peyğəmbərin lənətlədiyi və xəritədən silinən 3 şəhər FOTO


Digərləri 27 Yan 2019 23:30:00 351 0

Tarixin gizli qatları  İsa Peyğəmbərin lənətlədiyi və xəritədən silinən 3 şəhər  FOTO

Xristian dininin banisi hesab edilan İsa Peyğəmbər haqqında araşdırmalar, tədqiqatlar bu gün də davam edir.

Son.az ölkə.az-a istinadən bildirir ki, tarixi faktlara əsasən, İsa Peyğəmbər üç şəhəri lənətləyib və bu şəhərlər xəritədən silinib. Tarixdə bu şəhərləri "Lənətlənmiş üç kənd" də adlandırırlar. Söhbət Korazim, Kapernaum və Vifsaida şəhərlərindən gedir.

Hər üç şəhər İsraildə, Qaliley dənizinin şimal sahilində yerləşib. İsa bu ərazilərə səfər edib, möcüzələr göstərib.

Korazim

Korazim şəhərində İsa Peyğəmbər bir müddət yaşayıb və Nazareti tərk etdikdən sonra tez-tez baş çəkib. Bu kifayət qədər vacib ticarət şəhəri idi və buğdası ilə məşhurlaşmışdı. Əvvəlcə İsa Peyğəmbər insanlara möcüzələrini göstərdi. Amma ona inanmayanlar çox olduğu üçün və günahlarını yumadığı üçün şəhəri tərk etdi. Bu, Müqəddəs Kitabda belə qeyd edilib:

"Bu zaman O, gücünü daha çox hiss etdirdiyi şəhərlərə tənə vurdu. Onlar İsaya boyun əymədilər: Xorazin, səni lənətləyirəm! Vifsaida, səni lənətləyirəm! Əgər Tir və Sidona sizə göndərilən güc göndərilsəydi, onlar çoxdan günahlarını yumuşdular. Amma sizə deyirəm: Qiyamət günü Tir və Sidonun işi daha yüngül olacaq!".

Korazim İsanın ölümündən 300 il sonra dəhşətli zəlzələ nəticəsində yer üzündən silindi. V əsrdə şəhəri bərpa etmək istəsələr də, bunu bacarmadılar. Orta Əsrlərdə Korazim lənətlənmiş şəhər kimi tarixə düşdü. Günümüzdə isə arxeoloqlar Korazimin qalıqlarını və qədim sinaqoqu qazıntılar zamanı aşkar ediblər.

Arxeoloqlar qədim sinaqoqdan başqa qara bazaltdan hazırlanmış dağıntılar da aşkar etdilər. Onun üzərində isə insan və heyvan fiqurları, Meduza Qorqonun təsviri var idi. O dövrdə isə bu işarələr İsa və onun davamçıları üçün bütpərəstlik əlaməti sayılırdı.


Xəbərə aid fotolar