Xoşbəxt qadınlardan pis həyat yoldaşı olur


Digərləri 27 Yan 2019 23:25:00 252 0

Xoşbəxt qadınlardan pis həyat yoldaşı olur

Uzun illərin təcrübəsi göstərib ki, xoşbəxt qadın adətən qayğısız, etinasız həyat yoldaşı olur. Onların evlərində də həmişə içilməmiş qəhvə fincanı, dağınıq yataq, oxunmamış kitab, şən səliqəsizliyə rast gələrsiniz.

Son.az xəbər verir ki, mütəxəssislər xoşbəxt qadınların pis həyat yoldaşı olduqlarını iddia edirlər.

Onların fikrincə, bədbəxt qadınlar daha yaxşı həyat yoldaşı ola bilir. Onların həyatı uğursuzluqlarla dolub daşır, qəlblərini buz kəsib. Fərq yoxdur hansı səbəbdən, nə üçün... O qadınlar sadəcə bədbəxtdirlər.

Tutaq ki, xoşbəxt qadın dolabda təmiz yataq dəsti tapa bilmir. Yadına düşür ki, axı paltarları yumağı unudub. Amma əhvalı o qədər yaxşıdır ki, bu hadisəyə gülür və önəm vermir.

Xoşbəxt qadının evində heç vaxt ehtiyyatda ərzaq, əşya və ya pul olmur. Buna görə də qarşı tərəf özünü çox lazımlı hiss edir. Anlayır ki, o olmasa, qadın bütün bunları əldə edə bilməz. Sevimli, şən, enerji dolu qadınını xoşbəxt etmək üçün kişi məişət məsuliyyətini də könüllü şəkildə öz üzərinə götürür. Qadın onu idarə etməyə çalışmır, çərçivəyə salmır. Ona görə kişi həyat yoldaşını qısqanır, daim yanında olmağa can atır.