Yüzlərlə insanın ölüm anını görən alim TÜKÜRPƏDƏN FAKTLARI AÇDI: Ağ xalatlı bir varlıq... FOTO


Digərləri 27 Yan 2019 22:10:00 312 0

Yüzlərlə insanın ölüm anını görən alim TÜKÜRPƏDƏN FAKTLARI AÇDI: Ağ xalatlı bir varlıq...  FOTO

Riqanın Uşaq Klinik Xəstəxanasının reanimasiya şöbəsində Peteris Klyava hər gün onlarla uşağın həyatını xilas edir, heç bir kömək edə bilmədiyi balacaları isə yola salır. Bir tərəfdən o, bir az tanrıdır, digər tərəfdən aciz bir müşahidəçi. Belə işdə həkimlər ya biganələşir, ya nihilist olur, ya da filosofa çevrilirlər. Əks təqdirdə, yaşamaq və işləmək mümkün deyil. Həkimlər özlərini gecə-gündüz "Görəsən, bu uşağın yaşaması üçün əlimdən gələn hər şeyi etdimmi" və "Nəyə görə uşaqlar əziyyət çəkir" sualları ilə yeyib bitirəcək. Peteris bu yolda fəlsəfəni seçib.

Söhbət zamanı fikir verdim ki, həyatda çox məyus olmasına baxmayaraq, Peterisin üzündə hələ də möcüzələrə inanan uşaq ifadəsi gizlənib. Və mən böyük Amerika yazıçısı Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" adlı əsərini xatırladım. Əsərin əsas qəhrəmanı - yeniyetmə oğlan böyüdükdən sonra intəhasız bir çovdar çölündə oynayan və axşamçağı uçurum kənarına gələrək yıxılmaq təhlükəsində olan uşaqları xilas etməyi arzulayır. Gənc böyüyür və arzuları reallaşır. Amma hər bir reallaşmış xəyal idealdan fərqlənir.

Peteris Klyava 20 iyul 1964-cü ildə dünyaya gəlib. Riqa Tibb İnstitutunun Pediatriya fakültəsini bitirib. O, anesteziologiya-reanimatologiya üzrə ixtisaslaşıb. Peteris artıq iyirmi ildən çoxdur ki, Uşaq Kliniki Universitet Xəstəxanasında anestezioloq-reanimatoloq işləyir. 1985-ci ildən etibarən o, həyat və ölüm arasındakı əlaqə, habelə insan inkişafı kimi qlobal məsələlər üzərində baş sındırır. Tanınmış həkim və filosof 2001-ci ildə Dalay Lamanın Latviyaya səfərinin təşəbbüskarı və əsas təşkilatçısı kimi çıxış edib, eləcə də bir neçə il "Burada və indi" televiziya proqramının aparıcısı olub. "Həyatımızı necə nizama sala bilərik" əbədi sualına cavab axtaran filosof "Reanimare" cəmiyyətinin yaradıcısıdır. Peteris universitetdə dərs deyir və mütəmadi olaraq seminarlar keçir.

1985-ci ildən bəri həyat və ölüm məsələlərini ciddi şəkildə araşdıran həkim biliklərini Rusiya mətbuatına verdiyi müsahibədə paylaşıb.

Son.az Peteris Klyavanın müsahibəsini təqdim edir:

"Ölüm yoxdur, ruhun fəzada birləşməsi var"

- Peteris, gəlin birbaşa qlobal mətləbə keçək, ölüm nədir və niyə bizi çox qorxudur?

- İnsanları qeyri-müəyyənlik və geriyə dönüşün olmaması qorxudur. Mən uşaqların reanimasiya şöbəsində işləyirəm və yüzlərlə uşaq ölümünün şahidi oluram. Görürəm ki, uşaqlarını itirən valideynləri "Ölüm nədir və ya ölüm varmı" sualları narahat etmir. Onlar ağlayır, əzab çəkir, dəfn mərsimi təşkil edir, qəbiristanlığa gedir və uzun illər uşaqlarının şəkilləri ilə yaşayırlar. İtki ağrısı böyükdür. Lakin kim ki, "Ölüm nədir" sualı üzərində düşünür, onlar buna cavab tapa bilir və bu zaman ağrı öz əvvəlki kəskinliyini itirir. Çünki insan dərk edir ki, ölüm yoxdur. Bir formadan başqa bir varlıq formasına keçid, yəni ruhun fəzada ağ işıqla - birləşməsi var. Bunu kliniki ölüm keçirən hər kəs görüb.

Bir çox müdriklər bundan xəbərdardır. Eynşteynin Sürixdəki yaxın dostu vəfat etdiyi zaman o, öz gündəliyində yazmışdı ki, "Ölüm bizim - fiziklər üçün heç bir əhəmiyyət kəsb etmir. Sən birinci getdin, mən isə sənin ardınca gələcəyəm. Keçmiş, indi və gələcək zəhlə tökən illüziyadır". Bunu bəzən uşaqlar intuitiv şəkildə hiss edir. Müalicə etdiyim 8 yaşlı qız öz gedişindən əvvəl valideynlərinə heyrətamiz sözlər demişdi: "Ana, ata siz başa düşməlisiniz. Biz yoxuq deyə qorxmayın, Allah özünü düşündüyü zaman onun ağlında görünərik".

Qız və Eynşteyn eyni fikirdə idi. Bizim bu dünyadakı maddi varlığımız nəhəng illüziyadır, ölüm isə keçid. "Ölüm nədir" sualının cavabları müxtəlifdir. Belə mürəkkəb biliklər müxtəlif inkişaf səviyyəsində olan insanlara elə izah edilməlidir ki, hər kəs payına düşən məlumatı anlaya bilsin və bu, onlara rahatlıq gətirsin.

İlk səviyyədə - yaxınını itirən insan dini qaydalara əsasən ölən adamın cənnətə və ya cəhənnəmə düşdüyünə inanır, onu dərhal torpaqda dəfn edir və ya yandırır, sonra dua edir və yeni uşaqlar dünyaya gətirməyə başlayır. Bu, əhalinin sayını - insan biokütləsini dəstəkləyən normal prosesdir. Yeri gəlmişkən, biokütlə anlayışında pis heç nə yoxdur, bütün dəyərli və yaxşı şeylər ondan doğur. Din institutu faydalıdır, o, sağ qalan insanlara ölüm ağrısının və yaşadığı itkinin öhdəsindən gəlməyə kömək edir.

İnkişafın daha yüksək mərhələsində - beyin davamlı olaraq əzab çəkmirsə, ya da sarsılmaz dini inanclarla dolu deyilsə və onda yenilik üçün kifayət qədər boş yer varsa, insan dərk edir ki, ölüm sadəcə ruhun bədəndən qurtuluşu və ya başqa bir fəzaya keçididir. Fəzalar fərqli ola bilər, o nə cəhənnəm, nə də ki, cənnətdir.

Adi müdriklikdən savayı sərhədlər xaricində də biliklər var, amma seçilmiş təbəqə üçün.

"Fiziklər bu sualların cavablarına ruhani liderlərdən daha yaxındır"

- Gəlin müdrikliyə doğru addımlayaq. Sərhədlər xaricinə toxunmayaq, amma bir az dərinə enək və qəbul edilən ölüm haqqında danışaq. Müasir elm "ölümdən sonra həyat varmı" sualına cavab axtarır. Mənəvi axtarışlarla məşğul olan din isə ondan çox geri qalır. Bu, qəribə deyilmi?

- İş elə gətirib ki, fiziklər bu sualların cavablarına ruhani liderlərdən daha yaxındır. Fəlsəfəyə daha az, elmi tədqiqatlara daha geniş yer ayrılır. Bəşəriyyətin yalnız 4% -i genetik cəhətdən mənəviyyata meyillidir, yalnız 16% -i biznes və sistemli işə malikdir. Ancaq doğuşdan gələn tendensiyalardan başqa, biz müxtəlif istiqamətlər üzrə çoxölçülü inkişafa can atırıq.

Qərb cəmiyyəti incəsənət, filmlər, tamaşalar və internet vasitəsilə bizi mütəmadi olaraq inkişaf etdirir, mənəvi baxımdan daha zəngin və zəhmətsevər edir. Buna görə qərb insanı, hindu və ya tibetlidən daha həssas və təhsillidir. O, mənəvi də daxil olmaqla bütün bilikləri həzm etməyə hazırdır. Bu səbəbdən də Dalay Lama qərbə çox meyillidir. Dalay Lama ABŞ-da hər il ən qabaqcıl elm adamları - yetmiş-səksən neyrokimyaçı, genetik, kvant fizikası, riyaziyyatçılarla görüşərək pulsuz diskussiyalar təşkil edir, onlarla ölümdən sonrakı həyat barədə mövzuları müzakirə edir.

Bizim gec-tez qarşılaşacağımız - Ağ işıq kainatın hər şeydən mövcud olan qədim enerjisidir. Kvant fizikası və xristianlıq da daxil olmaqla bütün dini təlimlər üçün konsepsiya ümumidir. Həm alimlər, həm də dini liderlər xorla deyirlər: İşıq hər şeyin təməlidir, bu, hər hansı bir şəkildə maddi dünyaya çevrilən təmiz enerjidir. O, hər şeydədir, o cümlədən bizdə.

Ölmək üzrə olan uşaqlara heç vaxt demirəm ki, öləcəksiniz. Və ya sağ qalacaqsan vədləri ilə heç kimi aldatmıram. Mən həqiqəti uşaqlara çox qısa şəkildə izah etməyə çalışıram: "Ölüm yoxdur. Bədəndən ayrılıb başqa bir fəzaya köçürsən". Beləliklə uşaq məndən bu və ya digər şəkildə mövcud olacağı inancına dair təsdiq eşidir. Hamımız bilməliyik ki, bir insanın ölümü ani bir hərəkət deyil, bu, uzun və mürəkkəb bir prosesdir.

"İnformasiyaların bədənin ölümündən sonra belə məhv edilməsi mümkünsüzdür"

- Bəzi neyrofiziklər insan beyninin heç bir şüur mənbəyi olmadığını iddia edir. Və deyirlər ki, yalnız onun qəbuledicisi işləyir. Bu nəzəriyyə haqqında siz nə düşünürsünüz?

- Arizona Universitetinin anestezioloq və psixoloq professoru Styuart Hammeroff və onun oksfordlu həmkarı Rocer Penrouz şüurun kvant nəzəriyyəsini yaradıblar. Onlar hesab edir ki, insan beyni kvant kompüteridir, şüur onun kainatdan kənar hərəkət edən proqram təminatıdır, ruh isə - kvant səviyyəsində yığılmış informasiyadır.

Alimlər əvvəllər də buna bənzər yanaşma irəli sürmüşdü, amma bunun üçün kifayət qədər elmi əsas gətirməmişdilər: şüur daşıyıcıları, daha doğrusu məlumatlar - neyronların daxilində yerləşdirilmiş, milyardlarla mikrotübüllərdir. Kvant məlumatları oraya ötürülür, odur ki, bu informasiyaların bədənin ölümündən sonra belə məhv edilməsi mümkünsüzdür. Bədən ölümündən sonra onlar kainatla birləşir, beləliklə də mövcudluğu sonsuzadək davam edir. Professor Stüart Hammeroff bu məlumatı "ruh" adlandırır.

"Enerji ölümdən sonra da yaşayır"

- Belə çıxır ki, insan xarici enerji mənbəyi olan biorobotdur. Bəs insanın Allahın surətində və bənzərliyində yaradılışı haqqında yanaşma necə olsun?

- Mən bir ziddiyyət görmürəm: içindəki şüurun qığılcımı Allahdandır. Allaha yaxınlaşmaq üçün fərd özünü dərk etməlidir, başqa bir insana sevgi, xidmət və hörmət vasitəsilə buna nail ola bilərik. Bu ideyanı bizi idarə edənlərə və hər gün 40.000 uşağın aclıqdan ölməsinə səbəb olan şüursuz cütlüklərə, eləcə də balıq kimi yaşayan milyardlarla insana çatdırmaq çətindir. Bu insan kütləsinə ölüm və həyat arasındakı əlaqəni izah etmək əhəmiyyətlidir, onları daha yüksək inkişaf səviyyəsinə qaldırmaq gözəl olardı. Bəli, inkişaf yavaş və mürəkkəb, lakin mümkün prosesdir!

Ölüm barədə həqiqətlər birbaşa həyat tərzimizi dəyişir. Biz isə bu bilikləri özümüzdən uzaqlaşdırırıq. Orta əsrlərdə Avropada seks yasaq idi, ancaq daim ölümdən bəhs edirdilər. İndi də hər kəs seksdən danışır, ölüm isə yasaq mövzu olub. Cəmiyyət içində ölümdən danışanda sizə baxan bütün gözlər bərəlir, insanlar sizdən uzaqlaşır və ya dərhal mövzunu dəyişirlər. Sanki ölümdən danışmasaq, hamısı sonsuzadək dünyada yaşamağa davam edəcək.

Özünüz təsəvvür edin: İnsan tamamilə ölə bilməz. Ölüm prosesində onun sadəcə maddi varlığı məhv olur. Fiziki bədən yox olur, lakin biz şəxsiyyət olaraq qalırıq. Bütün hadisələri dərk edən və onlara reaksiya verən energetikanın özü - sahib olduğumuz enerji ölümdən sonra da yaşamağa davam edir. Bu enerji zaman və məkanla məhdudlaşmır. Digər dünyalara səyahət edir və Tanrı ilə birləşir.

On birinci sinifdə bir yuxu görmüşdüm: Qadın mənə "hər şeyin yazıldığı" bir kitab hədiyyə etmişdi. Bu yuxu bir neçə il sonra gerçəkləşdi. Tibb institutunda oxuyurdum, bir qadın mənə qara kitabı almağı təklif etdi, hansı ki, orada "hər şey yazılmışdı". Bu, kitabın adı "Bxaqavat Qita" - Həqiqət haqqında Hindistan İncili idi. Kitabın qiyməti otuz beş rubl idi, tələbə təqaüdü isə bizdə qırx rubl idi. Amma yenə də o kitabı alıb yataqxanada gecələr yorğanın altına girib fənərlə oxuyurdum, qorxurdum ki, "dini ədəbiyyat"ı əlimdən alacaqlar.

- Hansı hadisələr sizi ölüm haqqında düşünməyə və onu öyrənməyə sövq etdi?

- İnsan həyatında unudulması mümkün olmayan hallar olur, bu barədə danışmaq çətindir. Onlarla adətən həkimlər, pilotlar və kosmonavtlar üzləşir: "Anlaşılmaz varlıqlar görürlər, amma onun haqqında heç kimə danışmırlar, əks halda onları ya dəli, ya narkoman adlandıracaq, yaxud da işdən qovacaqlar.

İyirmi il əvvəl, reanimatoloq kimi yeni çalışmağa başladığım ərəfələrdə mənzillərin birində baş verən qaz silindri partlaması nəticəsində ana dərhal ölmüşdü, oğlunun bədəninin 90% -i yanmışdı. Oğlan reanimasiyaya gətirildi. Belə ağır dərəcəli yanıqları hətta indi də xilas etmək mümkün deyil. Mən dəhlizdə gəzirdim, onun yatdığı palataya girməyə hazırlaşırdım. Qarşımdan ağ xalat geyinmiş, uzun və dağınıq saçlı bir tibb bacısı keçdi. Öz-özümə düşündüm ki, deyəsən, bu tibb bacısı təzədir. Beş saniyə sonra onun ardınca palataya girdim. Xəstə istisna olmaqla palatada heç kim yox idi. Ancaq mən qəribə, demək olar ki, döşəməyə qədər uzanan ağ xalat geyinmiş qadını görmüşdüm... Birdən monitorda xəstənin vəziyyətinin sürətlə pisləşdiyi göstərildi: ürəyi çox yavaş-yavaş döyünməyə başladı. Reanimasiyaya başladım, lakin oğlan öldü. Ağ xalatlı qadının kimliyinə dair sadəcə bir izahatım ola bilər: ruhun bədənini rahatlıqla tərk etməsi üçün anası oğluna köməyə gəlmişdi.

Daha başqa bir məsələ də məni uzun müddət narahat etdi. Üç yaşlı qız çətin ürək əməliyyatından sonra öldü. Boş palatada bir neçə gün tibb bacıları və sanitar işçiləri onun ağladığını eşitmişdilər. Hətta palataya təsadüf nəticəsində gələn və bu hadisə barədə heç bir məlumatı olmayan insanlar qızın anasını necə səslədiyini eşidirdilər. Körpənin ruhu köçə bilmirdi, ölüm yerindəki fəryadlar və tərk edilmiş yaxınlarların əzabları onu bu dünyada saxlayırdı. Xüsusilə - anaların.

Hamımız bilməliyik ki, bir insanın ölümü ani bir hərəkət deyil, bu, uzun və mürəkkəb bir prosesdir. Anlayırıq ki, ananın içərisində olan embrion yaxşı musiqi, xoş sözlər, mahnılar və sevgi ilə əhatə olunmalıdır. Bu halda dünyaya gələcək uşaq sağlam doğulur və yaxşı insan olur. Ölən ruh da diqqət və qayğı ilə əhatə olunmalı, qışqır-bağır, fəryad olmadan yola salınmalıdır. Axı, başqa bədəndə təkrar doğulmaq və oraya getmək üçün onu uzun bir yol gözləyir.

"Ölən insan üçün ən yaxşı duadır"


Xəbərə aid fotolar