Azərbaycanda iki yaşlı körpə göldə boğulub


Digərləri 27 Yan 2019 21:15:00 208 0

Azərbaycanda iki yaşlı körpə göldə boğulub

Balakən rayonunda iki yaşlı körpə göldə boğulub.

Son.az report-a istinadən bildirir ki, hadisə Yeni Şərif kəndində baş verib.

Kənd sakini, 2017-ci il təvəllüdlü Sevinc Xaqani qızı Abdullayeva babasının yaşadığı evin həyətyanı sahəsində balıq saxlamaq üçün yaradılmış süni gölə düşərək boğulub. S.Abdullayevanın meyiti müayinə edilmək üçün Səhiyyə Nazırliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.