Xəyanətin səbəbləri nələrdir və aldadılan insanlar nə etməlidir?


Digərləri 27 Yan 2019 20:35:00 203 0

Xəyanətin səbəbləri nələrdir və aldadılan insanlar nə etməlidir?

Psixoanaliz elminin banisi, nevroloqist Freudun dediyinə görə hər fərddə xəyanətə meyllilik vardır. Bəs insanlar niyə xəyanət edir? Əslində bu sualın bir cavabı yoxdur. Partnyordan partnyora, münasibətdən münasibətə görə dəyişən səbəbləri vardır.

Son.az ölkə.az-a istinadən oxuculara xəyanətin səbəbləri ilə bağlı araşdırmanı təqdim edir.

Fiziki və mənəvi xəyanət nədir?

Fərdlər münasibətə başlayarkən danışılmayan ama hər iki tərəfin də bildiyi bir sədaqət sözü vermiş olurlar. Xəyanət bu əsas bağlılığın yerinə yetirilməməsi və verilən sözün tutulmaması deməkdir. 

Xəyanət fiziki və mənəvi ola bilər

Yaşanılan münasibətdən kənarda baş verən fiziki yaxınlıq fiziki xəyanətdir. Mənəvi xəyanət isə var olan münasibətdən kənarda başqa biri ilə yaşanan duyğusal yaxınlıqdır.  Mənəvi xəyanətdə insanlar vaxtlarını, sevgi və qayğılarını başqa birinə sərf edirlər. Kimiləri üçün münasibəti bitirməyə fiziki aldatma səbəb olsa da, bəziləri üçünsə mənəvi aldatma münasibəti bitirməyə daha vacib səbəbdir.

Xəyanətdən sonra barışmaq