İnzibati rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib


Digərləri 27 Yan 2019 16:46:00 259 0

İnzibati rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi tərəfindən 27 yanvar 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

Son.az xəbər verir ki, imtahana qeydiyyat yanvarın 3-dən 25-dək aparılıb və bu müddət ərzində 87 namizəd qeydiyyatdan keçib.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində keçirilib və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda 87 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AA3 altqrupu üzrə 1 nəfər, AA4 altqrupu üzrə 1 nəfər, AB2 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 5 nəfər, AC2 altqrupu üzrə 5 nəfər, AC4 altqrupu üzrə 12 nəfər olmaqla, ümumilikdə 27 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün yanvarın 28-dən fevralın 8-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir: