Nazirin avtomobil kortejində AĞIR QƏZA


Digərləri 27 Yan 2019 14:28:00 217 0

Nazirin avtomobil kortejində AĞIR QƏZA

Türkiyədə daxili işlər naziri Süleyman Soylunun avtomobil kortejində ağır qəza olub.

Son.az Publika-ya istinadən xəbər verir ki, Antalyanın Serik qəsəbəsi yaxınlığında naziri müşayət edən mühafizə dəstəsinin avtomobili sürüşkən yolda aşıb. Qəza nəticəsində maşında olan 4 polis xəsarətlər alıb və xəstəxanaya aparılıb.

Bildirilir ki, hadisəyə yağışlı havada sürət həddinin düzgün seçilməməsi səbəb olub.

Son.az 


Xəbərə aid foto