Çaylarda suyun səviyyəsi dəyişib


Digərləri 27 Yan 2019 09:06:00 229 0

Çaylarda suyun səviyyəsi dəyişib

Çaylarda suyun səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli-Az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-160, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-100 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, yanvarın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edib. 2018-ci ildə isə bu rəqəm 167 m3/s olmaqla ongünlük normanın 106 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 54,0 m3/s olmaqla, ongünlük normanın 81 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 63 m3/s təşkil edərək ongünlük normanın 94 faizinə bərabər olub.