Məşhur qəzet Melaniya Trampdan üzr istədi


Digərləri 26 Yan 2019 23:32:00 376 0

Məşhur qəzet Melaniya Trampdan üzr istədi

Britaniyanın The Daily Telegraph qəzeti ABŞ-ın birinci xanımı Melaniya Trampdan onun haqqındakı məqalədə faktların təhrif olunması səbəbindən üzr istəyib və kompensasiya ödəməyə hazır olduğunu bildirib.

Son.az publika.az-a istinadən xəbər verir ki, söhbət Melaniya Tramp haqqında qəzetin həftəliyində yanvarın 19-da dərc olunmuş məqalədən gedir. Məqalədə onun atası barədə faktlar təhrif olunmuş şəkildə verilib. Habelə qəzet yazıb ki, ABŞ-ın hazırkı Prezidenti Donald Trampla ailə quranadək Melaniyanın karyerası uğursuz olub.