“Yerüzü od tutub yanır! Dua edin! Bütün dünya günah içində həlak olacaq, dua edin!”


Digərləri 26 Yan 2019 22:35:00 474 0

“Yerüzü od tutub yanır! Dua edin! Bütün dünya günah içində həlak olacaq, dua edin!”

Bu əhvalat 50-ci illərin sonunda Kuybışevdə, indiki Samara şəhərində sadə sovet ailəsində vaqe olub. Ana-bala Yeni ili qarşılamağa hazırlaşırmışlar. Qızı Zoya yeddi rəfiqəsini və gənc oğlanları axşama rəqsə dəvət edib. Milad pəhrizi vaxtıydı və anası Zoyadan xahiş edir ki, bu axşam məclis qurmasın, amma qız inadından dönmür. Ana axşam kilsəyə dua etməyə gedir.

Qonaqlar yığışır, Zoyanın Nikolay adında adaxlısı isə hələ gəlməyibmiş. Onu gözləmirlər, rəqslər başlanır. Qızlar və gənc oğlanlar cüt-cüt birləşir, Zoya isə tək qalır. O, acığından müqəddəs Ecazkar Nikolayın şəklini götürür və ona belə ehtiramsızlıq etməməyi məsləhət görən rəfiqələrinə qulaq asmayaraq deyir: "Bu Nikolayı götürüb, gedib onunla rəqs edəcəyəm". O fınxırır: "Allah varsa, cəzamı verər".

Rəqs başlanır, iki dövrə vururlar və birdən otaqda qeyri-adi gurultu və burulğan qopur,  gözqamaşdırıcı işıq parıldayır.

Şənlik dəhşətə dönür. Hamı qorxu içində otaqdan qaçır. Zoya müqəddəsin ikonasını sinəsinə sıxaraq tək qalır - soyuq mərmər heykəl kimi donmuş halda. Gələn həkimlərin heç bir səyi onu özünə gətirə bilmir. Ona iynə vurarkən şpirslər sanki daşa toxunaraq qırılır, ya da əyilir. Müşahidə üçün qızı xəstəxanaya götürmək istəyirlər, amma yerindən tərpədə bilmirlər: ayaqları, elə bil, döşəməyə yapışmışdı. Amma ürəyi döyünürdü - Zoya sağ idi. O vaxtdan bəri nə yeyə, nə də içə bilirdi. Anası qayıdıb baş verənləri görəndə huşunu itirib və xəstəxanaya aparılıb, oradan bir neçə gündən sonra qayıdıb: Tanrının mərhəmətinə inam, qızının bağışlanması haqda alovlu dualar qüvvəsini bərpa edib. O özünə gəlmişdi və göz yaşı içində bağışlanma və yardm üçün dua edirdi.

İlk günlər xeyli adam evi çevrələmişdi: uzaqdan-yaxından möminlər, tibb işçiləri, ruhanilər, sadəcə, maraqlananlar gəlirdilər. Amma rəsmilərin göstərişilə tamaşaya gələnlər üçün binanı tezliklə təcrid etdilər. Orada iki milis əvəzlənməklə səkkiz saat növbə çəkirdi.  Zoya gecəyarısı dəhşət içində qışqırarkən növbətçilərdən lap cavan (28-32 yaşında) bəzilərinin qorxudan saçları ağarmışdı.

"Ana! Dua elə! - Zoya bağırırdı. - Dua elə! Günah içində məhv oluruq! Dua elə!"

Son.az strateq.az-a istinadən bildirir ki, baş verənlərin hamısını patriarxa xəbər verib Zoyanın bağışlanması üçün iltimasi-dua etdilər. Patriarx cavab verdi: "Kim cəzalandırıbsa, O da bağşlayar".

Baş çəkməyə gələnlərdən sıradakı şəxslər Zoyanın yanına buraxılıb:

1.Moskvadan gələn məşhur tibb professoru. O təsdiq edib ki, zahiri daşlaşmaya baxmayaraq, Zoyada ürək döyünməsi dayanmayıb.

2.Ananın xahişiylə keşişlər dəvət olunub ki,  Zoyanın daşlaşmış əllərindən müqəddəs Nikolayın ikonası götürülsün. Amma onlar da bunu edə bilməyiblər.

3.İsanın Doğum günündə iyeromonax Serafim gəlib (ehtimal ki, Qlinsk çölündəki tənha monastırdan), suçiləmə ibadəti keçirib və bütün otağı paklayıb. O bundan sonra ikonanı Zoyanın əlindən götürə bilib, müqəddəsin şəklinə ehtiram göstərərək əvvəlki yerinə qaytarıb. O deyib: "İndi Böyük günün (yəni Pasxanın!) işarəsini gözləmək lazımdır. O gün gəlməsə, dünyanın sonu yaxındır".

Mitropolit Krutitski və ibadət edən və zahid iyeromonaxın sözlərini təkrar edərək Böyük gündə (yəni Pasxada) yeni işarəni gözləmək lazım gəldiyindən danışan Nikolay Kolomenski də Zoyaya baş çəkiblər. Blaqoveşeniye bayramından qabaq xoşsima bir qoca gəlib və Zoyanın yanına buraxılmasını xahiş edib. Növbəti gün bir də gəlsə də, amma növbətçi milislər onu rədd ediblər. Üçüncü gün - Blaqoveşeniye günü onu içəri buraxıblar. Mühafizə onun Zoyaya nəvazişlə dediyini eşidib: "Nədir, durmaqdan yorulmusan?" Bir müddət keçib və milislər onu çıxarmaq üçün içəri girəndə qocanı orada görməyiblər. Deyirlər ki, qeybə çəkilib. Hamı əmin idi ki, o, müqəddəs Nikolayın özüymüş...