Dünyanın ən böyük aeroportu açılacaq


Dünya 26 Yan 2019 18:05:00 274 0

Dünyanın ən böyük aeroportu açılacaq

Bu il Çində dünyanın ən böyük beynəlxalq aeroportu - Pekinin Dasin hava limanı açılacaq

.

Son.az oxu.az-a istinadən xəbər verir ki, aeroportun binasını nüfuzlu memar Zaha Hadid layihələndirib.  

Nəhəng kompleksdə 80-ə yaxın çıxış olsa da, terminalın özünəməxsus forması hesabına, onun mərkəzindən uçuş-eniş zolağına aparan istənilən çıxışa bir neçə dəqiqə ərzində çatmaq olacaq.

Rekord ölçüdə olan aeroport Pekinin Dasin rayonunda inşa olunur. Aviaqovşaq Pekinin mərkəzindən 46 kilometr aralıda yerləşir. Aeroportun iri nəqliyyat qovşağına çevriləcəyi bildirilir. Hava limanında aviaterminaldan başqa dəmiryolu xətlərinin qovşağı da olacaq və aeroportun altında yerləşəcək.

Dasində yeddi uçuş-eniş zolağı var. Gündəlik olaraq 620 min reysi qəbul edib-göndərə bilər. Aeroport təxminən 50 kvadrat kilometr sahəni tutur. Onun inşası üçün hökumət bir neçə yaşayış məntəqəsini sökmək və əhalinin başqa rayonlara köçürmək məcburiyyətində olub.


Xəbərə aid fotolar