Facebook Spectrumu yaratdı


Digərləri 26 Yan 2019 07:01:00 274 0

Facebook Spectrumu yaratdı

Mobil kameralar təkmilləşdikcə mobil telefonlar faylları daha böyük həcmlərdə saxlamağı bacarmalıdırlar. Belə faylları endirdikdə mobil trafikin sərfiyyatı dəfələrlə yüksəlir. Üstəlik, endirilmə prosesi çox vaxt apara bilər, bəzən isə hətta uğursuz nəticələnə bilər.

Son.az technote.az-a istinadən bildirir ki, endirilmə prosesini daha da effektivləşdirmək üçün Facebook Spectrum yaratdı. Bu, Android və iOS ƏS-lərində şəkillər üzrə əməliyyatlar aparmaq üçün yaradılmış kitabxanadır. Spectrum sayəsində Facebook tətbiqlərdə şəkil endirilməsinin keyfiyyətini və etibarlılığını artırır.