Qızılca, məxmərək, suçiçəyi Onları necə fərqləndirməli və necə qorunmalı?


Digərləri 25 Yan 2019 22:53:00 275 0

Qızılca, məxmərək, suçiçəyi  Onları necə fərqləndirməli və necə qorunmalı?

Həkim: "Qızılca ilə məxmərəyin səpgisi bənzər olsa da, əslində, bu xəstəliklər, tamamilə, fərqlidir"

Son günlər uşaqlarda qızdırmanın, halsızlığın müşahidə edilməsi, verilən dərmanların isə təsirsiz olması bəzi valideynlərdə övladlarının qızılca, məxmərək və suçiçəyi ola biləcəyi şübhəsini doğurur. Lakin bir çox hallarda valideynlər bu xəstəlikləri bir-birindən ayırmaqda çətinlik çəkirlər.

Son.az bildirir ki, pediatr Vaqif Qarayev Sputnik Azərbaycan-a müsahibəsində bu xəstəlikləri bir-birindən fərqləndirməyin yollarını izah edib, valideynlərə bir çox məsləhətlər verib.   Medicina.az həmin müsahibəni təqdim edir:   - Qızılca və məxmərəyi bir-birindən necə fərqləndirək?

- Qızılca ilə məxmərəyin səpgisi bənzər olsa da, əslində, bu xəstəliklər, tamamilə, fərqlidir. Bu xəstəliklərin hər birinin törədicisi var. Xəstəliklər gedişatına görə də fərqlənirlər. Yoluxduruculuq qabiliyyətinin yüksək olması ilə seçilən qızılca virusu ilk günlərində adi soyuqdəymə kimi özünü göstərməyə başlayır. Lakin zamanla virus buruntutulma, öskürək, qızdırma, boğaz ağrısı ilə müşahidə edilir, gözlər qızarır və sulanmağa başlayır. Sonrakı günlərdə isə bədəndə səpgilər yaranmağa başlayır.

- Qızılcada səpgilər bədənin bütün nahiyəsinə yayılır, yoxsa bu proses mərhələli şəkildə davam edir?

- Qızılca səpgiləri mərhələli şəkildə özünü göstərir. Bu səpgilər öncə üzdə, sonra bədəndə, əl-ayaqlarda yayılmağa başlayır.

- Hansı mərhələdə xəstənin vəziyyəti pisləşir?

- Səpgilər bədəndə özünü göstərməyə başlayanda xəstənin vəziyyəti daha da pisləşir, zəifləyir, süstləşir. Xəstənin səhhətinin ağırlaşmaması üçün həkim nəzarətində olmalıdır. Növbəti günlərdə qızdırma düşür və xəstənin vəziyyəti yaxşılaşmağa başlayır.

- Belə xəstələrin ciddi müalicəyə ehtiyacı varmı?

- Xəstənin səhhətində ağırlaşma yoxdursa, bu zaman ciddi müalicəyə ehtiyac olmur.

- "Qızılca inağı", "qızılca pnevmoniyası" nədir?

- "Qızılca inağı" müşahidə edildikdə xəstə öskürəkdən "boğulur". "Qızılca pnevmoniyası" da ciddi ağırlaşma hesab edilir.

- Belə bir düşüncə var ki, qızılcaya iynə vurmaq olmaz. Bu, nə dərəcədə düzgündür?


Xəbərə aid foto