Çuğundurun bilmədiyimiz 6 faydası Süfrənizdən əskik etməyin


Digərləri 25 Yan 2019 22:47:00 240 0

Çuğundurun bilmədiyimiz 6 faydası  Süfrənizdən əskik etməyin

Çuğundur çox faydalı tərəvəzdir. Bu möcüzəvi bitkinin bir çox unikal xüsusiyyətləri də var. Onun tərkibində olan qidalı maddələr və antioksidantlar əsl sağlamlıq mənbəyi hesab edilir. 

Son.az medicina.az-a istinadən çuğundurun bilmədiyimiz 6 faydasını təqdim edir: 

1. Çuğundur orqanizimdə olan azad radikalları məhv edərək orqanizmi onların zərərli təsirlərindən qoruyur. Bu maddələr orqanizmdə gedən metobolitik prosesslərin təsiri ilə yaranır. Stress, qidalanma, ətraf mühitin çirklənməsi kimi bir sıra amillər azad radikalların əmələ gəlmə prosesini sürətləndirir. Bu maddələr artrit, xərçəng, Altsheymer kimi bir çox təhlükəli xəstəliklərin meydana çıxmasına səbəb olur.   2. Qan təzyiqinin aşağı salınmasında çuğundur şirəsinin rolu böyükdür. Aparılan araşdırmada könüllülər gün ərzində 500 ml çuğundur şirəsi qəbul etmişlər.  3 saatdan sonra  onların qan təzyiqində azalma müşahidə edilib. Bu effekt çuğundur pəhrizi saxlayan insanlarda daha yaxşı meydana çıxır. Səbəbi onun tərkibində olan nitratların orqanizmdə azot oksidinə çevrilməsidir. Azot oksidi qan damarlarını genişləndirərək təzyiqin aşağı düşməsinə səbəb olur.

3. Çuğundur dəridə, prostat vəzində, süd vəzində və ağciyərlərdə əmələ gələn xərçəng hüceyrələrini məhv edir. Ona bu xüsusiyyəti verən maddə betain maddəsidir.    4. Çuğundur beynin fəaliyyətini artırır. Onun tərkibində olan nitratlar beyinin oksigensiz qalan hissələrinin işini yaxşılaşdıraraq yaddaşı qüvvətləndirir.