İki gənc dronla yadplanetli gəmini lentə aldı VİDEO


Digərləri 25 Yan 2019 21:32:00 213 0

İki gənc dronla yadplanetli gəmini lentə aldı  VİDEO

ABŞ-ın Yuta ştatının iki sakini-Sem Çortek və Cimmi Çappi Biver şəhəratrafı qəsəbədə dronu havaya buraxıblar.

Son.az ölkə.az-a istinadən bildirir ki, gənclərin məqsədi gözəl təbiət görüntüləri əldə etmək olub. Onlar kadrlara baxanda qeyri-adi hadisə ilə rastlaşıblar. Qəflətən çox sürətlə döngə edən naməlum obyekt dronun yanından uçub.

Obyekti müəyyən etmək olmayıb. Çünki dəqiq görüntüsü yoxdur və daha çox bulud topasına bənzəyir. Kadrlara baxanların əksəriyyəti bu obyektin maskalanmış UNO olduğunu iddia edib.

Ağ obyekt dronun sol tərəfində qəflətən peyda olur. Sonra isə hündürlüyə qalxır və 90 dərəcəli buvaq altında dönərək dronun yanından sürətlə uçub keçir.